📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"YouTube"da mühüm YENİLİK: Baxışlar artıq dərhal hesablanacaq

2026-08-18 22:22:22

"YouTube" video platforması avqustun 24-dən etibarən baxış sayını video oxudulmağa başlayan kimi dərhal hesablamağa başlayacaq. Yeni baxış hesablama sistemi bütün video formatlarına tətbiq olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə "YouTube"un rəsmi saytında yer alan məlumatda bildirilir.

"Tarixən biz müxtəlif formatlarda bir neçə baxış hesablama sistemindən istifadə etmişik. Lakin müəlliflərin bu göstəricilərlə bağlı qarışıqlıqdan azad olmaq və öz real auditoriyalarını dəqiq anlamaq istədiklərini eşitdik. Buna görə də bu yeniliyi tətbiq edirik", - deyə xidmətin nümayəndələri izah ediblər.

Qeyd olunur ki, yeni baxış hesablama sistemi məzmunun monetizasiyasına heç bir təsir göstərməyəcək. Video müəllifləri üçün tamaşaçı cəlb olunmasının qiymətləndirilməsi üzrə mövcud meyarlar qüvvədə qalacaq. Əvvəlki sxemə əsasən, baxış yalnız istifadəçi videonu azı 30 saniyə fasiləsiz izlədikdə qeydə alınırdı.