📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YPG terrorçuları Türkiyənin cənubunu raket atəşinə tutdular – ölənlər var

2022-11-21 13:47:00

YPG terrorçuları Türkiyənin cənubunu raket atəşinə tutdular – ölənlər var

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, YPG (PKK-nın Suriya qolu) terrorçuları Türkiyənin cənubuna raket atıblar. Suriyanın şimalından Qaziantep vilayətinin Karakamış rayonuna atılan mərmilər yaşayış ərazilərində partlayıb.

Qaziantep valisi Davud Gülün verdiyi məlumata görə, Karakamış rayonuuna 5 raket atılıb, nəticədən 3 nəfər həlak olub, altı nəfər yaralanıb. Atəş açılan rayona təcili yardım briqadaları göndərilib.Partlayışların litseylərdən birinin binası ərazisində baş verdiyi bildirilir. 1 uşaq ilə 1 müəllim hadisə yerində həlak olublar. İki yaşayış evi də raket zərbəsinə tuş gəlib. Mərmilərdən biri Karakamış sərhəd keçid məntəqəsinin yaxınlığında yük maşının üstünə düşüb.

Hürr Tərcüman