📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yük maşını prospektdə hərəkəti iflic etdi - Foto-Yenilənib

2026-10-15 12:53:32

Yük maşını prospektdə hərəkəti iflic etdi - Foto-Yenilənib

Bakıda nasaz yük maşını hərəkəti iflic edib.

Hurriyyet.net  Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hadisə Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində baş verib.

Yük avtomobili texniki nasaz olması səbəbindən yolun hərəkətin hissəsində qalıb. Nəticədə prospektdən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.

Hazırda polis tərəfindən ərazidə zəruri tədbirlər görülür.

***

Hərəkətin məhdudlaşmasına səbəb olan texniki nasazlıq yaranmış yük avtomobili polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidən kənarlaşdırılıb. 

Hazırda qeyd olunan istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunub.