📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yüksək istilər ölümlərə səbəb oldu

2023-08-09 16:50:00

Yüksək istilər ölümlərə səbəb oldu

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Cənubi Koreyanın Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölkə miqyasında anormal istilər insanlara mənfi təsir göstərir.

Cənubi Koreyada həddən artıq istilər səbəbindən 27 nəfər vəfat edib. Bu, 2018-ci ildən (48 nəfər) sonra istilər səbəbindən ən yüksək ölüm sayıdır.

Yüksək temperatur 2058 nəfərin vəziyyətinin pisləşməsinə səbəb olub – onlardan 30,9 faizinin yaşının 65-dən çox olduğu qeydə alınıb.

Sentyabr ayına qədər ölümlərin sayının artacağı gözlənilir.

Hürr Tərcüman