📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yüksək rütbəli SEPAH hərbçisi məhv edildi

2023-03-31 14:44:00

Yüksək rütbəli SEPAH hərbçisi məhv edildi

İran KİV-lərinin verdiyi xəbərə görə, SEPAH-ın baş hərbi müşavirlərindən biri olan Rəşid İslam Heydəri məhv edilib. SEPAH hərbçisinin məhvi bu gün səhər tezdən İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın paytaxtı Dəməşq yaxınlığındakı İran hərbi qruplaşmalarına endirilən zərbə nəticəsində baş verib. Suriya tərəfinin verdiyi xəbərə görə isə, Dəməşqin ətrafındakl hərbi aerodrom vurulub. Bu hərbi aerodromda İran hərbi bazası yerləşibmiş. Endirilən raket zərbəsi nəticəsində bazadakı silah-sursat parladılıb.

Həmçinin, İran Dəməşq ətrafındakı hərbi obyektlərinə İsrailin hücumunu qınayıb və Tel-Əvivi ittiham edib. İran parlamentinin spikeri də başda BMT olmaqla beynəlxlaq təşkilatları "aqressorun əleyhinə təxirəsalınmaz tədbirlər görməyə" çağırıb. 

Ülviyyə, Hurriyyet.az