📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yüksək rütbəli zabitin maşını partladıldı: ayağı qopdu, arvadı... - Video

2024-07-24 11:43:11

Yüksək rütbəli zabitin maşını partladıldı: ayağı qopdu, arvadı... - Video

Moskvada "Tayota Lənd Kruzer" (Toyota Land Cruiser) markalı avtomobil partlayıb, qadın və kişi yaralanıb.

Axar.az xəbər verir ki, TASS sözügedən avtomobilin Rusiya Silahlı Qüvvələri Baş Qərargahının peyk rabitəsi üzrə rəis müavini Andrey Torqaşova məxsus olduğunu bildirib.

Bildirilib ki, hadisə zamanı onun həyat yoldaşı da maşında olub.

Partlayış onlar avtomobilə əyləşdiyi zaman baş verib. Hadisənin partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verdiyi bildirilib.

O, partlayış nəticəsində ayağının bir hissəsini itirib.