Yüksək təzyiqin 6 əsas əlaməti
2022-09-29 21:57:00
Çox insanlar təzyiqinin yüksək olduğunu aylar illər bilmir, təsadüfən həkim müayinəsində öyrənir.
Əksər halda hipertoniya ciddi əlamət vermir, ona görə onu "gizli səssiz qatil" adlandırırlar.
Hər yığılıb açıldıqca ürək qanı damarlara daha çətin qovur.
Təzyiqin əsas 6 əlaməti:
- Yüngül, orta və bərk baş ağrıları
- Ürək ritminin sürətlənməsi, döyüntü
- Boyunda sanki döyüntü kimi vurğu hissi
- Daxili narahatlıq, halsızlıq
- Başgicəllənmə, yıxılma hissi, qulaqda uğultu, küy
- Burundan qan açılma
Bu zaman mütləq təzyiq ölçülməli və salınmalıdır.//Medicina