YUNAN GENERAL MÜHARİBƏNİN FİTİLİNİ ÇƏKİR – Baş Qərargah rəisinin hədyanlarına Ankara niyə səbrlə yanaşır?
Ankara Yunanıstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Konstantinos Florosun Egey və Aralıq dənizinin şərqində yerləşən bir sıra adalara səfərini Türkiyəyə qarşı təxribat adlandırıb.
Qeyd olunur ki, general Floros Türkiyə sahillərindən cəmi səkkiz kilometr aralıda yerləşən Keçi adasındakı Yunan ordusunun qarnizonunu ziyarət etməklə kifayətlənməyib. Həm də sosial şəbəkədəki hesabında Türkiyə şəhərinin sahillərini aydın şəkildə göstərən foto yayıb. “Bodrum. Əllərimiz tətikdə, biz hazırıq", - general yazıb.

2004-cü ildə Yunanıstan faktiki olaraq Keçi adasını işğal edib və orada artilleriya və zenit-raket bölmələri də daxil olmaqla böyük hərbi qarnizon yerləşdirib.
Qeyd edək ki, 1923-cü il Lozanna sülh müqaviləsinə əsasən Keçi adası Türkiyənin ərazi sularında yerləşir, 1948-ci il Paris razılaşmasına görə isə hərbisizləşdirilmiş ərazi statusuna malikdir. Buna baxmayaraq, 2004-cü ildə Yunanıstan adanı işğal edib və orada böyük hərbi qarnizon yerləşdirib.

Beləliklə, general Florosun Keçi adasından Türkiyəyə meydan oxuması, həmçinin Baş Qərargah rəisinin Türkiyə-Yunanıstan sərhədindəki hərbi hissələrdən birinə səfəri Afina ilə Ankara arasında onsuz da yüksək olan gərginliyi daha da artırıb.
Bundan əvvəl Yunanıstan mətbuatı xəbər vermişdi ki, gələn ilin əvvəlində Afina Egey dənizindəki Sirit adasından öz ərazi sularını on iki dəniz milinə qədər genişləndirməyə hazırlaşır. Türkiyə isə qonşularını bu kimi təxribatçı addımlardan çəkinməyə çağırıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu o zaman bildirib ki, Ankara Yunanıstanın ərazi sularını bir mil belə genişləndirməsinə icazə verməyəcək.
"Yunanıstanı bir daha xəbərdar edirik. Yalançı qəhrəmanlıq dalınca getməyin, macəralara tələsməyin. Sonu çox da yaxşı olmayacaq”, - Türkiyənin xarici işlər naziri o zaman vurğulayıb.
Qeyd edək ki, Yunanıstanın bu cür təxribatlarının arxasında Fransa və ABŞ-ın dayandığı Ankaraya məlumdur. Qərbin məqsədi Ankara və Afina arasında gərginliyi pik həddə çatdırmaqla Türkiyəni Suriya və İraqda terrorçulra qarşı mübarizədən yayındırmaq, ölkənin cənubunda "terror dövləti" qurmaq planların reallaşdırmaqdır. Ərdoğan hökuməti bu planlardan xəbərdar olduğu üçün Afinadan səslənənən hədyanlara hələlik səbr nümayiş etdirir. Ancaq türk ordusunun bir gecə qəflətən adalara daxil olaraq Yunanıstana da layiq olduğu cavabı verəcəyi istisna deyil...
azpolitika.info