📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunan generaldan Türkiyənin ünvanına qalmaqallı ifadələr...

2022-02-16 12:10:00

Yunan generaldan Türkiyənin ünvanına qalmaqallı ifadələr...

Yunanıstanda Quru Qoşunları rəisinin fəxri birinci müavini, istefada olan general-leytenant Nikolaos Tamouridis köşə yazısı qələmə alıb. Təqaüdçü hərbçi yazısında Türkiyə ilə bağlı qalmaqallı ifadələr işlədib.
Öz fikrincə Türkiyənin atmalı olduğu hərəkətləri sadalayan Tamouridis İstanbul və Ayasofyada kilsə zənglərinin yenidən çalınacağını iddia edib.

"Osmanlı təhdidləri bizi heç vaxt ruhdan salmayıb. Çünki bizim arsenalımızda iki yenilməz nüvə silahımız var. Vətən-Yunanıstan dediyimiz yerə sevgi və pravoslavlıq dediyimiz şeyə inam! Nə etsəniz də, vətənimizə ayaq basmazsınız. Polis (İstanbul) və Ayasofyada kilsə zəngləri yenidən çalınacaq", deyə general qalmqallı açıqlamaya imza atıb.

Ülviyyə, Hurriyyet.az