📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanıstan millisinin futbolçusu Portuqaliya klubuna transfer olunub

2024-07-01 18:56:34

Yunanıstan millisinin futbolçusu Portuqaliya klubuna transfer olunub

Niderlandın "Alkmaar" klubunun və Yunanıstan millisinin futbolçusu Vangelis Pavlidis Portuqaliya təmsilçisi "Benfika"ya transfer olunub.

Hürriyyət.az xəbər verir ki, 25 yaşlı forvardın keçidi “qartallar”a 18 milyon avroya başa gəlib.

Onunla 5 illik müqavilə bağlanıb.

V.Pavlidis 2023/2024 mövsümündə klub səviyyəsində 46 oyun keçirib, 33 qol vurub, 6 məhsuldar ötürmə edib. O, 29 qolla Niderland Erediviziyasında mövsümün bombardiri adını Luk de Yonqla bölüşüb.