📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanıstan Rusiyanın 12 diplomatını qovur – Lavrovun üstünə qayıdan persona non qrataların sayı 300 nəfər oldu

2022-04-06 13:57:00

Yunanıstan Rusiyanın 12 diplomatını qovur – Lavrovun üstünə qayıdan persona non qrataların sayı 300 nəfər oldu

Hurriyyet.az “Kommersant” nəşrinə istinadla xəbər verir ki, Yunanıstan Rusiyanın 12 diplomatını “persona non qrata” – “arzuolunmaz şəxs” elan edib. Rusiya XİN cavab tədbirləri görəcəyini vəd edib.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlanandan bəri ABŞ və Avropa ölkələri artıq 300 nəfərə yaxın Rusiya diplomatını geri yollayıblar. Təkcə elə dünən, 5 aprel tarixində Danimarka 15, İtaliya 30, İsveç 3, İspaniya 25-ə yaxın, Baltikyanı ölkələr 27, Sloveniya 33, Rumıniya 10, Portuqaliya 10 nəfər rusiyalı diplomatı ölkəsindən çıxarmaq qərarını verib. Rusiya Federasiyasının Avropa İttifaqı yanındakı  daimi nümayəndəliyinin daha bir neçə əməkdaşı da persona non qrata elan edilib.

Hürr Tərcüman