Yunanıstan Rusiyanın iki neft tankerini saxladı
Yunanıstanın Sahil Mühafizəsi Aİ-nin sanksiyalarına əsaslanaraq Evbeya adasının sahillərində Rusiyanın "Pegasus" neft tankerini saxlayıb. Bu barədə Yunanıstanın "Katimerini" qəzeti yazır.
Məlumata görə, Yunansıtanın Sahil Mühafizəsi müvafiq əmrin Çirkli Pulların Yuyulmasına Qarşı Mübarizə İdarəsindən alındığını bildirib. Qərb mediası da öz növbəsində Peqasusun göyərtəsində 19 rus dənizçisinin olduğunu yazır.
Rusiya bayrağı altında üzən “Pegasus” tankeri neft yüklərini başqa gəmiyə daşımaq üçün Peloponnes yarımadasına gedirmiş. “İnterfaks”ın yazdığına görə, pis hava şəraiti səbəbindən tanker Evbeya adasının cənubundakı Karistos şəhərinin körfəzinə gedib və orada saxlanılıb.
“Maritime Bulletin” portalı da məlumat verir ki, Rusiya “VF Tanker 2” adlı digər neft tankeri də Aİ-nin sanksiyaları səbəbindən Evbeya yaxınlığında saxlanılıb.
Portalın xəbərində deyilir ki, gəmi aprelin 17-də Pirey limanını tərk edərək Kavkaz limanına istiqamət alıb, lakin naməlum səbəbdən Karistos buxtasında qalıb.
Ülviyyə, Hurriyyet.az