Yunanıstan Rusiyanın tankerini saxladı
2022-04-19 13:04:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları çərçivəsində Yunanıstan Evbey (türk dilində - Eyriboğaz) adası sahillərində “Peqas” adlı bir Rusiya tankerini saxlayıb.
Gəmidə 19 nəfər rusiyalı dənizçi var.
Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynaya qarşı təcavüzündən sonra Yunanıstan 12 nəfər rusiyalı diplomatı “arzuolunmaz şəxs” elan eləmişdi.
Hürr Tərcüman