📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanıstan Rusiyanın Ukraynaya təcavüzünü pisləyir

2022-04-07 17:19:00

Yunanıstan Rusiyanın Ukraynaya təcavüzünü pisləyir

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Yunanıstan Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.

Yunanıstan hökumətinin rəsmi təmsilçisi Yannis İkonomu RF XİN-in Afinanın 12 rusiyalı diplomatı ölkəsindən çıxarılmasına reaksiyasını şərh edərkən bildirib ki, Yunanıstanın Rusiyanın Ukraynadakı hərəkətlərini qınamaq mövqeyi aydındır və bunun Moskva ilə Afina arasındakı ikitərəfli münasibətlərlə əlaqəsi yoxdur.

İkonomu deyib: “Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı mövqeyimiz qətidir. Bu, dəyərlər və prinsiplər məsələsidir. Bu məsələ ikitərəfli əlaqələr çərçivəsinə daxil deyil. Münasibətlər ilk növbədə prinsiplər və dəyərlər əsasında qurulmalıdır”.

Bəlli olduğu kimi, dünən Yunanıstan XİN 12 nəfər rusiyalı diplomatı persona non qrata elan etdikdən sonra, Rusiyanın Afinadakı səfirliyi cavab addımlarının atılacağını bəyan eləmişdi. RF XİN rəsmi təmsilçisi Mariya Zaxarova isə “Afinanın bu düşməncəsinə addımla bağlı tam məsuliyyət daşıdığını” söyləmişdi.

Hürr Tərcüman