📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanıstan Türkiyə sərhədinin yaxınlığına zirehli texnika, artilleriya toplayır, mövqelər qurur – müharibə olacaq?

2022-07-18 13:14:00

Yunanıstan Türkiyə sərhədinin yaxınlığına zirehli texnika, artilleriya toplayır, mövqelər qurur – müharibə olacaq?

Hurriyyet.az xəbər verir ki, avio.pro saytının verdiyi məlumatda YunanıstanınTürkiyə ilə sərhədə 80-dən artıq tank və zirehli avtomobil yerləşdirdiyi bildirilir.

Dünən səhər saatlarında Yunanıstanla Türkiyə sərhədinin cəmi 3 kilometrliyində Yunanıstan Silahlı Qüvvələrinə məxsus onlarla tankın və zirehli texnikanın toplaşdığı müşahidə edilib. Bir sıra mənbələr isə sərhəddən 7-8 kilometr qərbə doğru ərazilərdə Yunanıstan artilleriyasının mövqelər qurduğunu qeyd ediblər. Mətbuat bunun Afina ilə Ankara arasında silahlı qarşıdurma ehtimalının əlaməti olduğunu yazır.

Hürr Tərcüman