Yunanıstan Ukraynaya zirehli texnika verib
2023-02-14 23:18:00
Hurriyyet.az “Gazeta.ru”saytına istinadla xəbər verir ki, Yunanıstanın Müdafiə naziri Nikolaos Panayotopulas ölkəsinin Ukraynaya silah-sursat və 20 ədəd zirehli BMP-1 maşınlarını verdiyini və bu dəstəyin davamlı olacağını söyləyib.
O, bu açıqlamanı Brüsseldə NATO müdafiə nazirlərinin konfransındakı çıxışı zamanı söyləyib. Konfransda 54 ölkədən olan nazirlər iştirak ediblər.
Hürr Tərcüman