Yunanıstanda fövqəladə vəziyyət elan edildi
2023-08-21 13:57:26
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Yunanıstanın Dedeağac rayonunda dünən baş verən yanğın səbəbindən bölgədə fövqəladə vəziyyət elan edilib. Yanğının səbəbinin nə olduğu hələlik bilinmir.
Yanğın minlərlə hektarlıq şam ağacı meşələrini külə çevirib, 9 ev və 1 kilsə tamamilə yanıb, çox sayda tikili , əkin sahələri, arı yeşikləri, mal-qara zərər çəkib.
Regiondakı 12 yaşayış məntəqəsi boşaldılıb. Feres-Dedeğac yolu bağlanıb.
Hürr Tərcüman