Yunanıstanda son 24 saat ərzində baş verən 52 meşə yanğınından 44-ü nəzarət altına alınıb.
Yunanıstan Yanğınsöndürmə briqadasının mətbuat sözçüsü Qubernator Vathrokoyannisin verdiyi açıqlamaya görə, son 24 saat ərzində ölkə daxilində 52 meşə sahəsində yanğınlar baş verib.
Hürriyyət.az xəbər verir ki, havadan və qurudan yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə onlardan 44-ü nəzarətə götürülüb, 8 məntəqədə yanğınla mübarizə davam edir.
Kos (Kos) və Saqqız (Hios) adalarında yanğınlara nəzarət etməkdə çətinlik yarandığı üçün Afinadan gücləndirmə dəstələri göndərilib.
Lesbos adasındakı yanğın üçün gücləndirici qrupların göndərilməsi qərara alınıb.
Krit adasındakı yanğın səbəbiylə bəzi yaşayış məntəqələrinin ehtiyat tədbiri olaraq boşaldılması tələb edilib.
Yunan mətbuatında yer alan xəbərə görə, Serifos adasında şənbə günü baş verən meşə yanğınında Avropa Birliyi (AB) sərhədləri daxilində müəyyən edilən təbii ətraf mühitin mühafizəsi şəbəkəsi Natura 2000-ə aid ərazilərin dörddə biri məhv olub.