Yunanıstanda sursat anbarı yanır: partlayış səsləri eşidilir
2023-07-27 21:13:00
Yunanıstanın mərkəzində Nea-Anxialos şəhəri yaxınlığında silah-sursat anbarında yanğın olub.
Bu barədə ERT televiziyası məlumat yayıb.
Məlumata görə, yanğın Hərbi Hava Qüvvələrinin silah-sursat anbarlarında baş verib.
Yunanıstanın Milli Müdafiə Baş Qərargahı da yanğının Nea Anxialosdakı hərbi düşərgənin ərazisinə sıçradığı barədə məlumatı təsdiqləyib.
Şahidlərin bildirdiyinə görə, anbar olan hissədə partlayış səsi eşidilir.\\Axar.Az