📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanıstandan Türkiyə ilə bağlı açıqlama

2023-09-18 18:13:06

Yunanıstandan Türkiyə ilə bağlı açıqlama

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, Yunanıstanın Baş naziri Kiryakos Miçıtakis jurnalistlərə açıqlamasında Türkiyə ilə Yunanıstan arasında dialoq kanallarının açıq olmasının əhəmiyyətini qeyd edib, anlaşılmayan məsələlərdə radikal çıxışlar etmədən uzlaşmaq istədiklərini söyləyib.

Miçotakis Prezident R.T.Ərdoğanla liderlər səviyyəsində danışıqlarla yanaşı, nazirlər və onların müavinləri arasındakı görüşlərin də əhəmiyyətli olduğunu bildirib.

Türkiyənin Qərb ilə yaxınlaşmasının faydalı olduğunu deyən Miçotakis son illərdə Türkiyə-Avropa yaxınlaşmasının Yunanıstan ilə münasibətləri normallaşdırılmasına müsbət təsir göstərdiyini söyləyib.

Hürr Tərcüman