📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanıstanın Baş naziri Prezident Ərdoğana zəng edib – görüş planlaşdırılır

2023-06-27 11:09:00

Yunanıstanın Baş naziri Prezident Ərdoğana zəng edib – görüş planlaşdırılır

Hurriyyet.az xəbər verir ki, NATO-nun 11-12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitində Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçiriləcəyi gözlənilir. Bu barədə açıqlamanı Yunanıstan hökumətinin mətbuat xidməti verib.

Açıqlamada bildirilir ki, Miçotakis iyunun 26-da Prezident Ərdoğana zəng edərək onu yenidən seçilməsi münasibəti ilə təbrik edib.

Xəbərdə deyilir: “Baş nazir ilə Türkiyə Prezidenti NATO-nun 11 və 12 iyul tarixlərində Vilnüsdə keçiriləcək sammitində görüşmək barəsində  razılaşıblar”.

Hürr Tərcüman