Yunanıstanın Baş naziri qəflətən Ukraynaya gedib
2024-03-06 14:01:14
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Yunanıstanın Baş naziri Kiriakos Miçotakis Ukraynaya səfər edib. Onun Odessa şəhərində ölkə Prezidenti Vladimir Zelenski ilə görüşü planlaşdırılır.
Miçotakisin Ukraynaya səfər edəcəyi barəsində əvvəldən məlumat verilməyib.
"Nnewsit.gr" portalının verdiyi xəbərə görə, bundan sonra Kiriakos Miçotakis Buxarestə - Avropa Xalq Partiyasının konfransına yola düşəcək.
Hürr Tərcüman