📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanıstanın XİN başçısı Azərbaycana MEYDAN OXUDU: "Revizionist siyasətiniz uğursuz olacaq" - FOTO

2022-09-27 21:41:00

Yunanıstanın XİN başçısı Azərbaycana MEYDAN OXUDU:

“Xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm, revizionist siyasətiniz uğursuz olacaq”.

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ermənistana səfər edib. Nikos Dendias erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

O, Azərbaycan-Ermənistan münaqişəsində İrəvanı dəstəkləyib.

“Mən xəritələri yenidən çəkmək istəyən ölkələrə aydın mesaj göndərmək istəyirəm. Mesajım budur ki, revizionist siyasət uğursuz olacaq”, – Dendias deyib.

Dendias bu bəyanatı ilə Azərbaycana meydan oxuyub və Ermənistana dəstək mesajı verib.

O, İrəvana səfəri zamanı Ermənistanın xarici işlər naziri A.Mirzoyan və XİN S.Papikyanın iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla da görüşüb.

Dendias sosial mediada verdiyi açıqlamada “Yunanıstanın Ermənistanla tam həmrəy olduğunu vurğuladım”, deyib.

Xuraman Etibarlı,

KONKRET.az