📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yunanlar təşvişdə: Bu türk silahı bizim üçün təhlükədir

2021-12-18 09:16:00

Yunanlar təşvişdə: Bu türk silahı bizim üçün təhlükədir

Türk sualtı qayıqları çox güman ki, quruda və havada hədəflərə hücum etmək imkanları qazanacaq və təkcə Yunanıstan donanması üçün deyil, həm də yunan ordusu üçün ciddi təhlükə yaradacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə Yunanıstanın “Pentapostagma” qəzetində yayılan xəbərdə vurğulanıb.

"Türkiyə sualtı qayıqdan "Atmaca" və "Gəzgin" raketlərini sınaqdan keçirməyə hazırlaşır", - məlumatda bildirilib.

Qeyd edək ki, 220 kilometrlik mənzilə sahib olan "Atmaca"nın uçuş məsafəsinin 250 km-ya qaldırılacağı gözlənilir. "Atmaca" idarəolunan raketdir və hədəfi dəyişə bilir.