📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

YUNİSEF: Qəzzada uşaqlar təkcə bombalardan yox, həm də susuzluqdan ölürlər

2023-10-31 17:16:59

YUNİSEF: Qəzzada uşaqlar təkcə bombalardan yox, həm də susuzluqdan ölürlər

Hurriyyet.az xəbər verir ki, BMT-nin Uşaq Fondunun – YUNİSEF-in rəsmi təmsilçisi Ceyms Elder Qəzza zolağında susuzluqdan körpə ölümlərinin sayının artmasının “böyüyən təhlükə” olduğunu, bombalanan “Qəzzanın uşaqlar üçün qəbiristana çevrildiyini” bəyan edib.

Elder Cenevrə şəhərində keçirilən mətbuat konfransındakı çıxışında Fələstinin Qəzza zolağında həlak olmuş uşaqların sayının 3,4 min nəfəri keçdiyini – 3450 nəfərdən artıq olduğunu bildirib. O, bölgədə dərhal atəşkəs elan edilməsi və humanitar yardım üçün sərhəd məntəqələrinin açılması çağırışı edib.

Hürr Tərcüman