📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yusif Seyidov yenidən yüksək vəzifəyə getdi - SƏRƏNCAM

2024-06-25 16:47:17

Yusif Seyidov yenidən yüksək vəzifəyə getdi - SƏRƏNCAM

Naxçıvan MR Sədərək Rayon İcra Hakimiyyətinin başçısına yeni müavin təyin edilib.

Hurriyyet.az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Naim Cahidzadə sərəncam imzalayıb.

Sərəncama əsasən, Yusif Mirabbas oğlu Seyidov başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Yusif Seyidov bundan öncə də Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışmış, daha sonra öz ərizəsi  ilə vəzifəsindən azad edilmişdir.