📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yutubdakı o mahnı Azərbaycanın bəyanatından sonra silindi

2024-07-12 21:58:10

Yutubdakı o mahnı Azərbaycanın bəyanatından sonra silindi

Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan, erməni musiqiçi Gor Yepremyan tərəfindən mənimsənən “Qarabağ” (“Anadır arzulara hər zaman Qarabağ”) mahnısı “Youtube” platformasından silinib. 

Hurriyyet.az xəbər verir ki, məlumatına görə, bir neçə gün öncə  Azərbaycan Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyi həmin mahnı ilə bağlı birgə bəyanat yaymışdı.

Bəyanatda mahnın Azərbaycana məxsus olduğu faktlarla sübuta yetirilmiş, müəllif hüquqlarını kobud şəkildə pozanların Ermənistan höküməti tərəfindən cəzalandırılması rəsmən tələb edilmişdi.