📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yuventus" Ronaldonu dünya ulduzu ilə əvəzləyir

2021-08-28 21:40:00

Kriştiano Ronaldonu "əldən buraxan" "Yuventus" portuqaliyalı ulduzun yerini doldurmağa çalışır.

Turin təmsilçisi bu dəfə də "Real"ın "qapısını döyüb". "Kral klubu"na ən yaxın mənbə olaraq bilinən "Marca" nəşrinin yaydığı məlumata görə, "Yuventus" Eden Hazardı transfer etmək niyyətindədir. 30 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçi üçün hazırda tərəflər arasında danışıqlar aparılır.

"Real" isə Edeni satıb əldə olunan gəlirlə PSJ-dən Kilian Mbappeni gətirmək niyyətindədir.

Qeyd edək ki, Hazard 2019-cu ildə "Çelsi"dən "Real"a transfer edilib. \\  Offsideplus