📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı

2022-01-07 10:15:00

Yuxuda oğlunun öldüyünü görən qadın özünü bıçaqladı

Gəncə şəhərində 57 yaşlı qadın özünə bıçaqla xəsarət yetirib.

Hurriyyet.az-ın əldə etdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Ü.M. gördüyü yuxuya görə özünü bıçaqlayıb. Belə ki, qadın gecə yatarkən yuxusunda hərbi xidmətdə olan oğlunun öldüyünü görüb. Yuxudan oyanan Ü.M. mətbəx bıçağı ilə qarın nahiyəsinə xəsarət yetirib.

Hazırda  qadının vəziyyəti normaldır, araşdırmalar davam etdirilir.