📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Yüz böhtandan heç olmasa beşini məhkəməyə verməliyik" - Xalq yazıçısı Anar

2026-01-30 13:00:48

“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır”. 

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda qeyd edilib ki, Birlik haqqında, onun rəhbərliyi və məsul işçiləri barədə qarayaxma kampaniyası aparan şəxslərin həm keçmiş, həm indiki şər əməlləri ilə bağlı yaxın vaxtlarda hüquq-mühafizə orqanlarına müraciət ediləcək.

Məsələ ilə bağlı APA-ya açıqlama verən AYB sədri Xalq yazıçısı Anar məlumatı təsdiqləyərək bildirib ki, ən böyük böhtan atanları məhkəməyə verəcəklər.

“Yüz böhtandan heç olmasa beşini məhkəməyə verməliyik. Hamısını məhkəməyə verə bilmirik, çünki böhtan atanlar çoxdur. Bizə qarşı ittihamlar doğru olsa, deyərik ki, çox sağ olun. Əgər yalan olsa, deyərik ki, yalandır. Görsək ki, bu artıq açıq-aşkar böhtandır, o zaman məhkəməyə verəcəyik”, – deyə o bildirib.