Yüz ildə cəmi 20 dəfə görülüb!
2023-07-31 13:12:00
Hurriyyet.az xəbər verir ki, ABŞ-ın Luiziana ştatının sahillərində balıq ovlayan amerikalı sudan tullanan çəhrayı delfin görərək, onun fotoşəklini çəkib.
O, eyni rəngdə, lakin daha kiçik olan delfin gördüyünü, lakin onun şəklini çəkməyə fürsət tapmadığını bildirib.
Yüz il ərzində çəhrayı rəngli delfinin cəmi 20 dəfə görüldüyü bəllidir.
Hürr Tərcüman