Yüzdən çox İraqlı miqrant ölkəsinə qayıdır
2021-11-16 14:52:00
İraq XİN Polşa-Belarus sərhədində vətənlərinə qayıtmaq istəyən 170 iraqlı miqrantı qeydiyyata alıb. Bu barədə çərşənbə axşamı İraq Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əhməd əs-Səhhaf məlumat verib.
İraqın “Shafaq News” xəbər portalı əs-Səhhafa istinadla bildirib: “İndiyə qədər biz Belarus və Polşa sərhədindəki ərazidən könüllü olaraq İraqa qayıtmaq istəyən 170 nəfəri qeydə almışıq”.
Ülviyyə, Hurriyyet.az