📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zabratda evdə yıxılan qadın öldü

2026-02-11 17:19:39

Zabratda evdə yıxılan qadın öldü

Paytaxtın Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, dünən saat 16 radələrində Bakı şəhər sakini 1961-ci il təvəllüdlü Ş.Paşayeva Zabrat qəsəbəsindəki evdə yıxılıb. Nəticədə o, baş nahiyəsindən aldığı xəsarətdən ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.