📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı - Fotolar

2026-11-12 12:52:25

Zabratda mənşəyi məlum olmayan toyuq əti aşkarlandı - Fotolar

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi, X.Əliyev küçəsində yerləşən ət emalı müəssisəsində mənşəyi məlum olmayan toyuq əti aşkarlanıb.

Hurriyyet.net  xəbər verir ki, bununla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, Agentliyin əməkdaşları sözügedən ünvanda fiziki şəxs Lyubimov Tahir Qəhrəman oğluna məxsus ət emalı müəssisəsində yoxlama keçirib.

Müəssisənin qida təhlükəsizliyi sahəsində təsdiq olunmadan qanunsuz fəaliyyət göstərdiyi, toyuq ətlərinin müşayiətedici sənədlərinin olmadığı, eləcə də sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, toyuq ətlərindən götürülən nümunələr laborator müayinələrə cəlb edilib və məhsulların dövriyyəsi qadağan edilib, nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti dayandırılıb.