📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zahanı ala bilməyən "Fənərbağça" digər məşhur futbolçunu transfer edir

2023-07-25 20:41:00

Zahanı ala bilməyən

"Kristal Palas"dan ayrılan Vilfrid Zahanı transfer edə bilməyən və 30 yaşlı futbolçunu əzəli rəqibi "Qalatasaray"a qapdıran "Fənərbağça" onun əvəzinə başqa məşhur sima ilə güclənəcək.

"Sarı-lacivərtlilər" Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Taliska üçün hərəkətə keçib.

"Fənər" braziliyalı yarımmüdafiəçi üçün qarşı tərəflə danışıqlara başlayacaq.

Bildirək ki, 29 yaşlı "sambaçı" 2018-ci ildə Türkiyə Super Liqasında forma geyinib. Belə ki, o, "Beşiktaş"ın uğurları üçün çalışıb.\\Offsideplus.az