📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zahid Niyazəliyev azadlığa buraxıldı

2024-08-16 21:07:53

Zahid Niyazəliyev azadlığa buraxıldı

AFFA tərəfindən fəaliyyəti dayandırılan "İrəvan" klubunun prezidenti Zahid Niyazəliyev həbsdən çıxıb.

Hurriyyet.Az Oxu.az-a istinadən xəbər verir ki, ötən mövsüm I Liqada mübarizə aparmış klubun rəhbəri Zahid Niyazəliyev artıq azadlığa buraxılıb.

Onunla bağlı açılmış cinayət işinə xitam verilib-verilməməsi barədə isə hələlik dəqiq məlumat verilməyib.

Təqribən 6 ay Kürdəxanıda yerləşən müvəqqəti saxlanma təcridxanasında olan Niyazəliyev dələduzluq və digər maddələrlə ittiham edilirdi.