Zahid Oruc: 8 Noyabr zəfəri Əliyev kursunun parlaq zəfəridir
2024-06-14 10:35:30
Milli Məclisin 2024-cü il 14 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında çıxış edəm deputat Zahid Oruc bildirib ki, 8 Noyabr zəfəri Əliyev kursunun parlaq zəfəridir.
"Heydər Əlieyv əzəmətli Kremldə, uzaq Naxçıvanda qurtuluşdan zəfərə gedən yolun əsasını qoydu. Uzun illər Heydər Əliyevin kölgəsini qılınclayanlar indi gedib İlham Əliyevdən əfv diləsinlər. Ona qalib gələ bilməyənlər İlham Əliyevin qarşısında məğlub oldular. Biz bütün dünyaya milli qurtuluş arzulayırıq", deyə Zahid Oruc münasibətini səsləndirib.
Ülviyyə, Hurriyyet.az