Zahid Oruc: "Çox arzu edirik ki, Gədəbəydən Naxçıvana qədər qayıdış proqramı olsun"
2024-06-14 11:53:16
Milli Məclisin 2024-cü il 14 iyun tarixində keçirilən növbədənkənar sessiyasının plenar iclasında çıxış edən deputat Zahid Oruc bəzi məsələlər dair fikir səsləndirib. O, qeyd edib ki, büdcə sistemi haqda dürüstləşmə termini var.
"Biz hamımız bundan yararalanırıq, büdcə artır, xərclər artır, biz bunu təqdir edirik. Azərbaycanda gəlirlər artdığı üçün büdcəyə yenidən baxmışıq. Qarabağın bərpası büdcəsi 10 illər belə olacaq, qayıdış büdcəsi belə olacaq. Qarabağdan kənarda 4 kəndin sabah necə bərpa olunacağı əsasdır. Sərhədi yalnız ordu qoruya bilməz. Ordu bilməlidir ki, insanlar orada məskunlaşıblar. Çox arzu edirik ki, Gədəbəydən Naxçıvana qədər qayıdış proqramı olsun", deyə deputat qeyd edib.
Ülviyyə, Hurriyyet.az