📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zahid Oruc: Milli ailə günümüzü təsis etməliyik

2024-05-24 13:08:15

Zahid Oruc: Milli ailə günümüzü təsis etməliyik

Milli Məclisin 24 may tarixli plenar iclasında gender bərabərliyinin təmin edilməsinə dair məruzə haqda fikrini bildirən Zahid Oruc, “elə zənn edirəm ki, 2025-2055 i lüçün ailə strategiyasında bu sənəd nəzərə alınacaq”, deyə fikir səsləndirib.

Deputat eyni zamanda boşanmalara da toxunub.  “Boşanma statistikası rəqəmlərə baxanda vahiməli görünür. 2023-cü ildə boşanma statistikası 22 mindir. Hesab edirəm ki, məsələni daha obyektiv analiz etməliyik. Söhbət saxta boşanmalardan gedir. Mediasiya Şurasında saxta boşanmaların statsitikası kütləviləşməkdədir. Bunu necə müəyyən etmək olar? Son 10 ildə 138 min boşanma olub. Boşanma ilə bağlı əsas göstərici alimentlərin verilməsidir. Əgər son 10 ildə 140000 min boşanma varsa, bütövlükdə 90 000 aliment verən var. Saxta boşanmaların qarşısının alınması üçün daha fərqli mexanizmlər işə salınmalıdır. Bundan başqa Milli ailə günümüzü təsis etməliyik", deyə Zahid Oruc mövqeyini ifadə edib.

Ülviyyə, Hurriyyet.az