📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib

2023-09-26 23:11:20

Zakir Həsənov ABŞ müdafiə katibinin müavini ilə ikitərəfli hərbi əməkdaşlığı müzakirə edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Amerika Birləşmiş Ştatlarının müdafiə katibinin siyasi məsələlər üzrə müavini xanım Saşa Beykerin təşəbbüsü ilə telefon danışığı olub.

Bu barədə Hurriyyet.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər ölkələrimiz arasında əlaqələr, regiondakı vəziyyət və təhlükəsizlik məsələləri ilə bağlı ətraflı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı, həmçinin ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.