📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənov Baş Klinik Hospitalda - FOTO

2026-03-24 19:02:22

Zakir Həsənov Baş Klinik Hospitalda - FOTO

Martın 24-də Müdafiə Nazirliyinin rəhbər heyəti nazirliyin Baş Klinik Hospitalında müalicə olunan hərbi qulluqçuları ziyarət edib.

Bu barədə publika.az Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdirilib.

Müalicə alan şəxsi heyətin səhhəti ilə maraqlanan nazirliyin rəhbər heyəti onların ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Hərbi qulluqçulara yüksək peşəkarlıq və qayğı ilə xidmətin göstərildiyinə görə tibbi personala təşəkkür edilib.