📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənov hərbçilərin maaşlarının artırılmasından danışdı

2021-12-22 11:30:00

Zakir Həsənov hərbçilərin maaşlarının artırılmasından danışdı

Azərbaycanda hərbi qulluqçuların vəzifə maaşları, müavinətləri ardıcıl şəkildə artırılır.

Hurriyyet.az-ın xəbərinə görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov rəsmi mətbuata müsahibəsində deyib.

"Möhtərəm Prezident hərbi qulluqçuların sosial təminatının və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yeni hərbi şəhərciklərin, daimi və xidməti mənzillərin istifadəyə verilməsi prosesini sürətləndirdi. Bununla yanaşı, hərbi qulluqçuların vəzifə maaşlarının, müavinətlərinin artırılması da ardıcıl davam etdirilir", - o vurğulayıb.