📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənov idarə rəisini işdən çıxardı

2026-02-25 15:33:35

Zakir Həsənov idarə rəisini işdən çıxardı

Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin rəisi, polkovnik Rəşad Babayev vəzifəsindən azad edilib.

Hurriyyet.org "Unikal"-a istinadən bildirir ki,   bu barədə müdafiə naziri general-polkovnik Zakir Həsənov əmr imzalayıb.

Hazırda MN-nin Maliyyə-Büdcə idarəsinin rəisi vəzifəsini idarənin rəis müavini Vüqar İbrahimov icra edir.

Qeyd edək ki, Rəşad Babayev bu vəzifəyə 2024-cü ildə təyinat almışdı.