📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənov Moskvada mühüm iclasda - FOTO

2021-11-10 17:43:00

Zakir Həsənov Moskvada mühüm iclasda - FOTO

Rusiyada işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov noyabrın 10-da Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə MDB iştirakçı-dövlətlərinin müdafiə nazirləri Moskva şəhərindəki Aleksandr bağında Naməlum əsgər abidəsini ziyarət edərək önünə çələng və gül dəstələri qoyublar. Xatirə fotosu çəkdirilib.

Sonra gündəmdə duran məsələlər iclasda müzakirə olunub.