📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

2026-09-21 12:46:47

Zakir Həsənov Pakistan tərəfinə başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Komandanı – Müdafiə Qüvvələrinin rəisi Feldmarşal Seyid Asim Munirə başsağlığı ünvanlayıb.

Hurriyyet.media  xəbər verir ki, başsağlığında deyilir:

“Pakistanın şimal-qərbində yerləşən Xayber-Paxtunxva əyalətinin Hangu rayonunda terrorçularla baş verən atışma zamanı altı nəfər hərbi qulluqçunun həlak olması barədə xəbər məni dərindən kədərləndirdi.

Terror hadisəsi nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin”.