Zakir Həsənov Türkiyəyə gedəcək
2022-08-29 13:28:00
Hurriyyet.az Azərbaycan Respublikası Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, ölkəmizin Müdafiə naziri Türkiyəyə səfər edəcək.
Açıqlamada deyilir: “Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgüzar səfər edəcək”.
Müdafiə Nazirliyindən verilən açıqlamada bildirilir ki, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir.
Hürr Tərcüman