📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənov Türkiyəyə getdi

2024-10-04 10:00:40

Zakir Həsənov Türkiyəyə getdi

Müdafiə naziri Zakir Həsənov Türkiyəyə gedib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin rəsmi saytında məlumat dərc olunub.

Bildirilib ki, Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülerin dəvəti ilə Adana şəhərində keçirilən Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST 2024” festivalında iştirak etmək üçün qardaş ölkəyə işgüzar səfər edib.

“Səfər çərçivəsində general-polkovnik Z.Həsənovun türkiyəli həmkarı ilə görüşü planlaşdırılıb”, - məlumatda deyilir.