📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənovla Şoyqu arasında telefon danışığı olub

2022-03-25 16:55:00

Zakir Həsənovla Şoyqu arasında telefon danışığı olub

Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla telefon danışığı olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. 

Tərəflər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki mövcud vəziyyəti, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələləri müzakirə ediblər.