📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Həsənovun Budapeştdə macarıstanlı həmkarı ilə görüşü olub

2024-06-28 19:13:57

Zakir Həsənovun Budapeştdə macarıstanlı həmkarı ilə görüşü olub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 28-də bu ölkənin müdafiə naziri cənab Kristof Szalay-Bobrovnicski ilə görüşüb.

Hürriyyət.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əvvəlcə Budapeşt şəhərində yerləşən "Qəhrəmanlar meydanı" ziyarət edilib və ənənəyə uyğun olaraq əklil qoyulub.
Macarıstan Müdafiə Nazirliyinin binasında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra fəxri qonaq kitabı imzalanıb.
Görüşdə Azərbaycan ilə Macarıstan arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdirildiyi qeyd edilib. Hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əlaqələrin genişləndirilməsi məqsədilə bu cür səfərlərin əhəmiyyəti vurğulanıb. Birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

Zakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşübZakir Həsənov Budapeştdə macarıstanlı həmkarı ilə görüşüb