📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Zakir Qaralov üzə çıxdı – FOTO

2025-12-10 15:03:01

Zakir Qaralov üzə çıxdı – FOTO

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov illər sonra görünüb.

Hurriyyet.az xəbər verir ki, Zakir Qaralov keçmiş müavini Rüstəm Usubov və sabiq mətbuat katibi Eldar Sultanovla birgə Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Z. Qaralov açıqlamasında deyib ki, bu günlər xalqımız Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar onun əziz və unudulmaz xatirəsini hörmət və dərin ehtiramla yad edir.

Qeyd edək ki, Zakir Qaralov 2000-ci ildən 2020-ci ilədək Azərbaycanın baş prokuroru olub. (lent.az)